‹ Bütün xəbərlər

Qarabağ Universitetinin tələbə yataqxanası · · 17 baxış

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat veriblər.

Bildirilib ki, universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb.

Prezident İlham Əliyev tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət guşələri, yeməkxana və idman sahəsi də fəaliyyət göstərəcək. Ümumilikdə, 1154 tələbənin yataqxanada ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç