Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tələbə Şəhərciyində Novruz bayramını coşqu ilə qeyd etdi
Novruz bayramı münasibətilə təşkil olunan bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə və Tələbə Şəhərciyinə baş çəkib.
Tədbir zamanı nazir tələbələrlə bir araya gələrək Novruz bayramının rəmzi olan tonqal ətrafında keçirilən tədbirlərdə iştirak edib, tələbələrlə birlikdə yallı gedib və tonqal üzərindən atlanıb. Səmimi və xoş ovqatda keçən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qarabağ Universitetinin Tələbə Şəhərciyində təşkil olunan bayram proqramı tələbələrin milli-mənəvi dəyərlərə bağlılığını və universitet həyatının sosial-mədəni istiqamətini əks etdirən yaddaqalan tədbirlərdən biri olub.
Tələbələr üçün yaradılmış müasir yaşayış və sosial mühit belə tədbirlərin keçirilməsinə əlverişli şərait yaratmaqla yanaşı, onların universitet həyatını daha rəngarəng və yaddaqalan edir.
