‹ Bütün xəbərlər

2026 · · 64 baxış

"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu

"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu

2025–2026-cı tədris ilinin başa çatması münasibətilə, 17 iyun 2026-cı il tarixində Qarabağ Universiteti və Qarabağ Universitetinin Tələbə Şəhərciyinin birgə təşkilatçılığı ilə "Tələbə Həyatının Ritmi" adlı yay festivalı təşkil olunub.

Festival çərçivəsində tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş etdirilib, musiqili çıxışlar, canlı ifalar və karaoke proqramı təqdim olunub. Tədbir iştirakçıları üçün açıq bufet təşkil edilərək çay, qəhvə, meyvə şirələri və müxtəlif şirniyyatlar təqdim edilib.

Səmimi və əyləncəli atmosferdə keçən festival tələbələrin bir araya gəlməsinə, yaradıcılıq bacarıqlarını nümayiş etdirməsinə və 2025–2026-cı tədris ilini xoş əhvali-ruhiyyə ilə başa vurmasına şərait yaradıb. Eyni zamanda, tədbir tələbələr arasında ünsiyyətin möhkəmləndirilməsinə, yeni dostluqların qurulmasına və universitet həyatının unudulmaz anlarının formalaşmasına töhfə verib.

"Tələbə Həyatının Ritmi" yay festivalı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tələbələr arasında səmimi ünsiyyətin və xoş əhvali-ruhiyyənin daha da möhkəmlənməsinə töhfə verib.

"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu"Tələbə Həyatının Ritmi" festivalı ilə tədris ilinə rəngarəng yekun vuruldu

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç