‹ Bütün xəbərlər

2024 · · 14 baxış

Qarabağ Universitetinin Tələbə Şəhərciyi ilk tələbələrini qarşıladı!

Qarabağ Universitetinin Tələbə Şəhərciyi ilk tələbələrini qarşıladı!

2024–2025-ci tədris ilinin başlanması ilə əlaqədar Qarabağ Universitetinə qəbul olunan tələbələrin Tələbə Şəhərciyində yerləşdirilməsi prosesi uğurla həyata keçirilib.

Qəbul zamanı 1154 tələbə mənzil tipli yataqxanada yerləşdirilmişdir.

Yerləşdirmə prosesi əvvəlcədən hazırlanmış plan əsasında təşkil olunaraq tələbələrin qeydiyyatı, mənzillərə yerləşdirilməsi və şəhərcik qaydaları ilə tanışlığı operativ şəkildə təmin edilib. Yeni tələbələrə yaşayış sahələri təqdim olunmaqla yanaşı, onların rahat adaptasiyası üçün zəruri məlumatlar da verilib.

2024-cü ildə fəaliyyətə başlayan Tələbə Şəhərciyi 6 bina və 225 mənzildən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş şəhərcik tələbələrin təhlükəsiz, rahat və səmərəli yaşayışı üçün bütün zəruri şəraitlə təmin edilib.

"Garabagh Hospitality" MMC tərəfindən idarə olunan Tələbə Şəhərciyi tələbələrin rahat yaşayışını təmin etməklə yanaşı, onların akademik və sosial həyatına dəstək verən müasir yaşayış mühiti formalaşdırır.

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç