‹ Bütün xəbərlər

2025 · · 16 baxış

Qarabağ Universitetinin Tələbə Şəhərciyi "Diaspor Gənclərinin VI Yay Düşərgəsi"nə ev sahibliyi etdi!

Qarabağ Universitetinin Tələbə Şəhərciyi "Diaspor Gənclərinin VI Yay Düşərgəsi"nə ev sahibliyi etdi!

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi 2025-ci il 3–9 avqust tarixlərində Xankəndi şəhərində keçirilib.

Qarabağ Universitetinin Tələbə Şəhərciyi düşərgə iştirakçılarının yerləşdirilməsi və rahat yaşayışının təmin olunmasına ev sahibliyi edib. Dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənc düşərgə müddətində Tələbə Şəhərciyində yerləşdirilərək müasir və komfortlu yaşayış şəraiti ilə təmin olunub.

Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.

Düşərgə çərçivəsində iştirakçılar Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdəki xüsusi nümayəndələri, diplomatlar, mədəniyyət və idman xadimləri, şəhid ailələri, qazilər, eləcə də Xankəndidə və Qərbi Azərbaycanda doğulub boya-başa çatmış ziyalılarla görüşlər keçiriblər. Bundan əlavə, panel və seminarlarda iştirak edib, işğaldan azad olunmuş ərazilərə səfərlər edib, Azərbaycan dili dərslərinə, intellektual oyunlara və müxtəlif təlim proqramlarına qoşulublar.

Düşərgə iştirakçıları Xankəndidə keçirdikləri günlərdən məmnun qaldıqlarını bildirərək, Qarabağ Universitetinin Tələbə Şəhərciyində yaradılmış rahat yaşayış şəraitini və göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiriblər.

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç