‹ Bütün xəbərlər

2025 · · 14 baxış

"VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi" çərçivəsində iştirakçıların yerləşdirilməsi uğurla təşkil olundu

"VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi" çərçivəsində iştirakçıların yerləşdirilməsi uğurla təşkil olundu

Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi 2025-ci il 10–17 avqust tarixlərində Xankəndi şəhərində keçirilib.

Yay məktəbi çərçivəsində Qarabağ Universitetinin Tələbə Şəhərciyi tədbir iştirakçılarının yerləşdirilməsi və rahat yaşayışının təmin olunmasına ev sahibliyi edib. İştirakçılar müasir mənzil tipli yataqxanada yerləşdirilərək təhlükəsiz və komfortlu yaşayış şəraiti ilə təmin olunublar.

Qarabağ Universitetində keçirilən yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatına həsr olunub. Layihənin əsas məqsədi iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması, elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsidir.

Yay məktəbində türk tarixi, türk düşüncə və incəsənət tarixi, türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən 35 yaşadək doktorantlar və gənc alimlər iştirak ediblər.

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç