Yeni yataqxana kompleksi 1026 nəfər tələbənin istifadəsinə verildi
2025–2026-cı tədris ilinin başlanması ərəfəsində Qarabağ Universitetinin Tələbə Şəhərciyində müasir kampus konsepsiyasına uyğun əsaslı təmir olunmuş yeni yataqxana kompleksi tələbələrin istifadəsinə verilib.
7 mənzil tipli binadan ibarət olan kompleksdə yerləşən 312 mənzil tələbələrin rahat və təhlükəsiz yaşayışı üçün zəruri mebel, məişət avadanlıqları və digər lazımi inventarlarla təchiz edilib.
2025-ci il üzrə Qarabağ Universitetinə qəbul olunan 1026 nəfər tələbənin Tələbə Şəhərciyində yerləşdirilməsi prosesi əvvəlcədən hazırlanmış plan əsasında uğurla həyata keçirilib. Tələbələrin qeydiyyatı, mənzillərə yerləşdirilməsi və şəhərcik qaydaları ilə tanışlığı operativ şəkildə təşkil olunub.
