‹ Bütün xəbərlər

2025 · · 25 baxış

Tələbə Şəhərciyində elektron müqavilə sisteminə keçid edildi!

Tələbə Şəhərciyində elektron müqavilə sisteminə keçid edildi!

2025–ci ilin sentyabr ayından etibarən Qarabağ Universitetinin Tələbə Şəhərciyində tələbələrlə müqavilələrin bağlanması prosesi tam elektron formata keçirilib. Yeni sistem tələbələrin müqavilələri daha rahat, operativ və təhlükəsiz şəkildə imzalamasına imkan yaradır.

Yeni sistem kağız sənəd dövriyyəsinin azaldılmasına, müraciət prosesinin sürətləndirilməsinə və məlumatların daha təhlükəsiz şəkildə idarə olunmasına xidmət edir. Bununla yanaşı, tələbələrin şəhərciyə yerləşdirilməsi prosesi daha operativ və çevik şəkildə həyata keçirilir.

Qarabağ Universitetinin Tələbə Şəhərciyində tətbiq olunan bu yenilik rəqəmsal idarəetmənin inkişafına töhfə verməklə yanaşı, tələbələrə müasir və istifadəçi yönümlü xidmətlərin göstərilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Digər xəbərlər

Yataqxanada yer lazımdır?

Onlayn müraciət edin, müqaviləni elektron imzalayın.

Qeydiyyatdan keç